05 Fevral 2025
Kateqoriyasız

AFFA-dan “Neftçi”nin futbolçusuna cəza

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,  İK Premyer Liqanın 9-cu turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının IX turunun AZAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun  futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Digər klublara isə cəza verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43