35 yaşlı braziliyalı əfsanəvi futbolçu Ronaldinyo 2016-cı ildə yenidən böyük futbola qayıdacağını bildirib.
İdmanxeber.com-un məlumatına görə, bu yaxınlarda “Fluminense”dən ayrılmış futbolçu bu fikirləri səsləndirib:
“Qarşıdakı ildə yenidən futbola qayıdacam. Hansı klubda oynayacağım dəqiq deyil. Hazırda sadəcə istirahətim barədə düşünürəm. Mənim doğurdan da dincəlməyə ehtiyacım var”.