“Barselona”nın əsas komandasının bir neçə oyunçusu III divizion təmsilçisi “Vilyanovense”yə qarşı İspaniya Kuboku matçını buraxacaq.
Onların arasında qapıçı Klaudio Bravo, müdafiəçi Jerar Pike, yarımmüdafiəçi Serxio Buskets və hücumçular Neymar və Luis Suares var. Komandanın baş məşqçisi Luis Enrike sözügedən oyunçulara istirahət verib.
İspaniya Kubokunun 1/16 final oyunu oktyabrın 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.