Avropa Liqasında ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın futbolçusu Riçard Almeyda siyahıda ilk pilləni tutur.
Ağdam klubunun braziliyalı futbolçusu aktivində 218 dəqiq ötürmə ilə hər kəsi qabaqlayır.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha öncə Avropa Liqasinda həftənin rəmzi komandasında yer almışdı.