Premyer Liqanın X turunda “Qəbələ” öz meydanında AZAL-ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın çalışdırıcısı Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
“Sözsüz, mən nəticədən razı deyiləm. Biz bu gün hər iki hissəni üstün oynadıq. Rəqib qapısı qarşısında ən azından 3 real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.