Öncədən də xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XI turunun bütün oyunları oktyabrın 31-də keçiriləcək.
Həmin gün səfərdə “Rəvan”la qarşılaşacaq “Xəzər Lənkəran” bu oyunun təxirə slaınmasını istəyir. Klubun mətbuiat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a verdiyi açıqlamada heyətdə zədəli futbolçulaırn olduğunu bildirərək bunları dedi:
“Hazırda heyətdə bir neçə zədəli futbolçu var Orxan Əliyev uzun müddətə sıradan çıxıb. Əliyev zədələndiyi üçün əsas komandada cəmi 13 futbolçu qalıb. Bir həftədə 3 oyun bu qədər az oyunçu varkən heyətdə oynamaq olduqca çətindi. Onların bərpası üçün müəyyən müddət lazımdı. Məhz bu amilləri nəzərə alıb PFL-ə müraciət etdik. Ümid edirik ki, oyun əvvəlki vaxtında, yəni noyabrın 2-ə keçiriləcək”.
“Bəs “Rəvan”ın mövqeyini öyrənmisizmi?” – sualına H. CƏbrayıloğlu belə cavab verib:
“Rəvan” dünəndən razı olar. Onlar da dünən oyuna çıxıblar. Bizdən qabağ onlar buna razılaşarlar”.