Türkiyə Superliqasının X turu çərçivəsində bu gün səfərdə “Osmanlıspor”la qarşılaşacaq “Fənərbaxça” bu oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, “sarı lacivərdlilər”də Nani, Canər Erkin, Abdulaye Ba, Volkan Şen və Kadleç matçın iştirak ərizəsinə salınmayıb.
Sözügedən futbolçular zədə səbəbindən bugünkü oyunu buraxmalı olacaqlar.