06 Fevral 2025
Kateqoriyasız

UEFA-dan “Qarabağ”a 950 min, “Qəbələ”yə 630 min avro ayrıldı

2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən qaydada maliyyə vəsaiti ayrılıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbəər görə, ayrılan maliyyə vəsaitləri aşağıda qeyd olunan kimidir:

“Qarabağ” – 950 000 avro
“Qəbələ” – 630 000 avro
“İnter” – 630 000 avro
“Neftçi” – 200 000 avro
 
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.

AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43