06 Fevral 2025
Kateqoriyasız

“Qarabağ” rəhbərliyi səhvini anladı və…

Avropa Liqasının qrup mərəhləsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Monako” matçının biletləri bazar ertəsindən satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, “Anderlext”lə matç üçün biletləri gözlənilmədən bahalaşdıran və bunun əks təsir göstərdiyini görən “Qarabağ” klubunun rəhbərliyi səhvini anlayıb. Belə ki, noyabrın 5-ə fransızlarla oyun üçün biletlərin qiyməti 1-20 manat arasında dəyişəcək.

Bu matç üçün 30 min bilet satışa çıxarılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Monako” oyunu noyabrın 5-də saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43