Rusiyanın “Rossiya 24” dövlət kanalında Azərbaycanın “Qarabağ” klubu haqda süjet verilib.
Premyer Liqanın 10-cu turunda keçirilən “Qarabağ” – “Rəvan” matçından (1:0) çəkiliş aparan telekanal baş məşqçi Qurban Qurbanov və komandanın müdafiəçisi Maksim Medvedevdən müsahibə alıb.