Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda oktyabrın 5-də Bakıda “Qarabağ”ın qonağı olacaq “Monako”nun baş məşqçisi Leonardo Yardim yerli mətbuata açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı təmsilçimizlə oyun haqqında da fikirlərini bildirib:
“Qarabağ” və ardınca “Reyms”i məğlub etdik. Sabah isə “Anje” ilə çətin oyunumuz var.
Bundan sonra bizi Avropa Liqasında daha məsuliyyətli qarşılaşma gözləyir. Ümid edirəm ki, qələbələrimizin ardını gətirəcəyik. Bakıda “Qarabağ”la matç çətin olacaq. Amma qələbəyə hər zaman inam var”.