05 Fevral 2025
Ölkə futbolu

“Qəbələ” ilə oyuna qədər pul verilməsə, matça çıxmaya bilərik”

Azərbaycan Premyer Liqasında XI tur çərçivəsində “Zirə”ni qəbul edən “İnter” 0-0-lıq heç-heçə edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra jurnalistlərə açıqlama verən “İnter”in futbolçusu Nizami Hacıyev komandada pul problemindən də söz açıb:

“AFFA tərəfindən “İnter”in hesabına pulun köçüb-köçmədiyini dəqiq deyə bilmərəm. Deyilənlərə görə, veriləcək pul bizə gəlib çatmalıdır. Lakin, hər şey deyilənlərin üzərində qurulsaydı, dünya bu cür olmazdı. Pul əlimizə dəyməyincə, mən heç kimə inanmıram. Problem yalnız klub rəhbərliyindədir. Klub rəhbərliyi bizə nətər baxacaq, biz də meydana o cür çıxacağıq. “Qəbələ” ilə oyuna qədər pul verilməsə, matça çıxmaya bilərik. Səbr kasamız tükənmək üzrədir. Klub rəhbərliyi bizə baxa bilmirsə, biz də işimizi bilək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43