05 Fevral 2025
Kateqoriyasız

Şahin Diniyev: “Komandamla fəxr edirəm”

“Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” üzərindəki qələbəni şərh edərkən deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə  komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43