05 Fevral 2025
Kateqoriyasız

“Qəbələ” ilə oyun çox önəmlidir”

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, mütəxəssis “Qəbələ” ilə oyunun komandası üçün önəmli olduğunu bildirib:

“Şalke” ilə derbi oyunu səbirsizliklə gözləyirik. Ancaq bundan öncə Avropa Liqasında “Qəbələ” ilə çox önəmli matçımız var. Bu görüşdə qələbə qazanmaqla qrupdan çıxmağı təmin etmək istəyirik. Bütünlüklə bu oyuna köklənəcəyik”.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Borussiya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43