Araşdırsan Azərbaycan futbolunda “N” qədər yaşını azaltmış, lori dildə desək “lipa” taparsan.
Biz sizə AFFA U-14 liqasında keçirilən 13 yaşlı uşaqların çempionatında baş tutan “Neftçi” – “Sumqayıt” matçından fotolar təqdim edirik. Fotolarda “Neftçi”nin 13 yaşlı futbolçularına diqqətlə baxın. Buradakı futbolçuların hamısının 13 yaşı var?
Bəlkə də buradakı bir neçə futbolçunun yaşı azı 15-16 olar. Ən azı… Yox, əgər həqiqətən də bu futbolçular “lipa” deyilsə o zaman mənə maraqlıdı: bunlar nə yeyir, nə içir?
Çox güman ki, hazırkı rəhbərliklə əsas komandası nəticə verməyən “Neftçi” aşağı yaş qruplarında bu cür saxtakarlıq edərək əldə edəcəkləri uğuru qazanc hesab edəcəklər.