06 Fevral 2025
Kateqoriyasız

Elnur Cəfərov: “Neftçi” ilə matçdan sonra istədiyim oyunu oynaya bilmirəm”

Premyer Liqanın XI turunun son görüşündə “Xəzər Lənkəran” səfərdə “Rəvan”ı 1-0 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Xəzər Lənkəran”ın yeganə qolunun sahibi Elnur Cəfərov bunları qeyd edib:

“Komanda yaxşı mübarizə apardı. Qolu da vaxtında vurduq. Vurduğum qol tək mənim əziyyətim deyil. Rahid belə bir ötürmə etməsəydi, hər şey başqa cür də ola bilərdi. Yəni, qazanılan hər bir qələbə bütün komandanın əziyyətidir. “Neftçi” ilə matçdan sonra istədiyim oyunu oynaya bilmirəm. “Rəvan”la matçda da oyunumu heç bəyənmədim. Alınmayan cəhətlər üzərində işləməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43