Premyer Liqanın XII turu çərçivəsində “Neftçi” “Rəvan”la qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu bu matça iki ciddi itki ilə çıxacaq. Belə ki, ötən gün “Sumqayıt”la oyunda sarı vərəqə alan Aqil Məmmədov və Aylton Silva növbəti turu buraxmalı olacaq.
Cəzalı durumda olan futbolçular noyabrın 8-də keçiriləcək oyunu tribunadan izləməli olacaqlar.