21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda noyabrın 11-də keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq.
Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.