05 Fevral 2025
Kateqoriyasız

Qriqorçukun əsgərləri “alman tankı”na qarşı (YENİLƏNİR)

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Qəbələ" də növbəti matçına çıxacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi "qırmızı-qaralar" Almaniyada "Borussiya" (Dortmund) ilə qarşılaşacaq.

Bakıda güclü rəqibinə uduzan əyalət təmsilçisinin Dortmund səfərində hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

4 noyabr

Avropa Liqası, qrup mərhələsi

C qrupu

22:00. “Borussiya” (Dortmund, Almaniya) – "Qəbələ” (Azərbaycan)

Baş hakim: Sebastyan Delferier

Hakim köməkçiləri: İv de Neve, Rien Vanizere (hamısı Belçika)

Dortmund. BVB stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43