Azərbaycan Premyer Liqasında 12-ci turun 4 oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un “CBC Sport”un rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, “Zirə” – “Sumqayıt”, AZAL – “Kəpəz”, “Xəzər Lənkəran” – “Qarabağ”, “Qəbələ” – “İnter” qarşılaşmaları “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq:
7 noyabr
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, saat 18:30
AZAL – “Kəpəz”
“AZAL Arena”, saat 16:30
8 noyabr
“Xəzər Lənkəran” – “Qarabağ”
“Xəzər Lənkəran” mərkəzi stadionu, saat 16:00
9 noyabr
“Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu, saat 16:00