FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi millimiz ötən ayla müqayisədə 10 pillə geriləyib.
Yığmamız hazırda 293 xalla 115-ci pillədə qərarlaşıb.
Hazırda siyahıya Belçika millisi başçılıq edir. Son dünya çempionu Almaniya yığması ikinci, Argentina isə üçüncü pillədə qərarlaşıb.