05 Fevral 2025
Kateqoriyasız

”Qarabağ” üçün möhtəşəm fürsət idi” – Tahir Gözəl

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avroliqanın “Monako”ya qarşı oyunundan (1:1) sonra jurnalistlərə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun rəsmisi qələbənin əldən verilməsinə çox təəssüfləndiyini bildirib:

“Bu gün qalib gələ bilsəydik, qrup lideri ola bilərdik. ”Qarabağ” üçün möhtəşəm fürsət idi. Ancaq futbol həyat kimidir. Hər zaman hər kəsə layiq olduğu qismət olmur. Bu gün ”Qarabağ” qələbəyə layiq idi. Komandamız möhtəşəm bir oyun göstərdi.

Onlar ”Çelsi”, ”Real” kimi komandaları məğlub edib. Mən klubumla fəxr edirəm. Amma istədiyimiz nəticə bu deyildi. Bizim qrupdakı taleyimiz həm də qrupun digər komandaları arasındaki oyundan asılıdır. Bizim hələ də şansımız var. Çox çətin bir qrupda mübarizə aparırıq. Bu gün ”Qarabağ”ın Avropa klubu olduğunun bir daha şahidi olduq. Buraxıdığımız qol sadəcə şanssızlıq idi. Bu gün çox inamlı oyun oynadıq və üç xalı əldən verdik. Bu gün bizim günümüz olmalı idi. ”Monako” kimi bir klubla heç-heçə etməyin özü də böyük bir nəticədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43