“Biz bu gün finalda oynayacağını ehtimal etdiyim komandaya uduzduq. Bu komanda ÇL-də oynayacaq seviyyəyə sahibdir. Arzu edirəm, AL-in kubokunu qazansın. Bu oyun bizə təcrübə baxımından çox şey verdi. Əlbəttə, nəticədən narazıyıq, ancaq bu oyun nəticələr çıxarmağımız üçün yaxşı materialdır. Başımıza nələrin gələcəyini ehtimal edirdik. Ancaq deyim ki, bu gün qeyri-adi heç nə baş vermədi, qorxulu bir şey yoxdur, nə olmalı idisə, o da oldu. Möcüzəyə ümid edirdik, o da olmadı. Onsuz da əhvalım yaxşı deyil, əgər kiminsə niyə heyətdə olmadığı kimi gülünc suallar verəcəksizsə, klassik cavab verəcəyəm: məşqçilər korpusu heyətdə oynamağa hazır sayırdısa, həmin oyunçular da heyətə salınmışdı”.
İdmanxeber.com korner.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
“Borussiya”ya 0:4 hesabı ilə uduzan “qırmızı-qaralar”ın çalışdırıcısı matç sonrası keçirilən mətbuat konfransında daha sonra sözlərinə belə davam edib:
“Qəbələ” klubunun rəhbərliyini, futbolçularını sevirəm. Bu klubu daha yüksəklərə çatdırmaq istəyirəm. Hələ ki,ağlımda olan budu. O ki qaldı təkliflərə, indi bu haqda nə isə danışmaq istəmirəm”.