“Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 12-ci turunda AZAL-la bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
O, “Kəpəz”in bu tur ən yaxşı ikinci hissədə oynadığını bildirib:
“İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”. (PFL)