06 Fevral 2025
Kateqoriyasız

Millimizin üzvü La Liqada 90 dəqiqə oynadı, komandası qələbə qazandı

Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Eybar” İspaniya La Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçumuzun komandası 11-ci turda öz meydanında “Xetafe” ilə qarşılaşıb.

4 qolun vurulduğu qarşılaşmada “Eybar” qələbə qazanan tərəf olub – 3:1. Millimizin üzvü bu görüşdə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Eybar” bu qələbədən sonra 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43