“Sıx qrafiki qələbə ilə başa vurduq. “Xəzər Lənkəran”la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Xəzər Lənkəran” üzərində qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Qurbanov əlavə edib: “Futbolçulardan və qazanılan nəticədən razıyam. “Xəzər Lənkəran”ın heyətində yaxşı gənc oyunçular var. Onlar gələcəkdə Azərbaycanın əsas futbolçularından olacaqlar”.