Türkiyə PTT 1-ci liqasında 11-ci turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. İzmir derbisində oyunun taleyini 1 qoll həll edib. Engin Baytar qarşılaşmanın 89-cu dəqiqəsində komandasına 3 xalı qazandıran qola imza atıb.