Hazırda davam edən “Qəbələ” – “İnter” matçında maraqlı məqam baş verib.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın 77-ci dəqiqəsində qonaqların qapıçısı Səlahət Ağayev topu oyuna gec daxil edib. Bu zaman “İnter”in qapısı arxası tribunasında əyləşən “Qəbələ” azarkeşləri qolkiperə kəskin etirazını bildiriblər. Ağayev isə azarkeşlərə tərəf üzünü tutaraq sərt reaksiya verib. Bu zaman isə azarkeşlər qapıçını fitə basaraq onun əlayehinə şüarlar səsləndiriblər.