UEFA Avropa Liqasının qrup mərhələsində 4 turdan sonra ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, bu siyahıda lider olan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bu dəfə ikinci pillədə qərarlaşıb. Ağdam klubunun braziliyalı futbolçusunun etdiyi 323 ötürmənin 88 faizi (283) dəqiq alınıb.
Almeydadan liderliyi “Napoli”nin müdafiəçisi Kalido Kolubali alıb. Belə ki, ransız müdafiəçi verdiyi 329 ötürmədə 90 faiz (295) dəqiq oynayıb.