Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” sabah yenidən bir araya gələcək.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandalarımızın oyunları ilə əlaqədar Premyer Liqamızda yaranan fasilə səbəbindən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 12-ci turda “Xəzər Lənkəran”la baş tutmuş oyundan (1:0) sonra komandaya istirahət verib.
Üç günlük istirahətdən sonra Ağdam təmsilçisi sabahdan “Kəpəz”lə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın 13-cü turunda baş tutacaq “Qarabağ” – “Kəpəz” oyunu noyabrın 21-də keçiriləcək.