Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov Moldova mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin forvardı yığmamıza cəmi bir hücumçunun çağırılmasına da münasibət bildirib:
“Gələn həftə Moldova millisi ilə oyunumuz var. Yoldaşlıq görüşü olmasına baxmayaraq, bu oyuna bütün gücümüzlə hazırlaşacağıq və meydana qələbə üçün çıxacağıq. Bilmirəm, yığmaya niyə cəmi bir hücumçu çağırılıb. Bu sual baş məşqçiyə ünvanlanmalıdır. Ancaq bu, mənim üçün çətinlik yaratmır. Rəqabətə hər zaman hazıram”.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Moldova oyunu saat 21:00-da başlayacaq.