05 Fevral 2025
Kateqoriyasız

“ÇL-da gözəl tarix yazmışıq” – Venqer

“Arsenal”ın baş məşqçisi Arsen Venqer Çempionlar Liqası haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssisin fikrincə komandanın pley-off şansları qalmaqdadı.

Venqer ÇL-da rəqiblərdən qorxmağın mənasız olduğunu bildirib:

“Çempionlar Liqası 15 il əvvəl bizim üçün yeni bir şey idi. İlk əvvəl burada oynamaqdan çəkinirdik. Lakin zamanla çox gözəl tarix yazdıq və  sübut etdik ki, rəqiblərdən qorxmaq lazım deyil. Sadəcə öz oyununu göstərməyi bacarmalısan. Biz “Milan”, “Yuventus”, “Real” və bu kimi nəhəngləri məğlub etmişik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43