“Çelsi “Joze Mourinyo ilə yola davam edəcək.
İdmanxeber.com-un məlumatına görə, London klubunun uğursuz çıxışlarının ardından Mourinyonun gedəcəyi gözlənilsə də, klub rəhbərliyi başqa addım atıb. Belə ki, portuqaliyalı mütəxəssis işini davam etdirəcək.
Qeyd edək ki, “Çelsi” ölkə çempionatında 12 turdan sonra 11 xalla 16-cı pillədə qərarlaşıb.