Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandamız qrupda ikinci matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, ilk matçda Ukraynaya məğlub olan yığmamız Türkiyəni yenməyə çalışacaq.
“Bayıl Arena”d abaş tutacaq və saat 18:00-da başlayacaq qarşılaşma “CBC Sport” vasitəsi ilə canlı yayımlanacaq.