Azərbaycan Premyer Liqasının növbəti turunda doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda milli komandaların oyunları səbəbindən yaranan fasilə zamanı yoxlama matçı keçirəcək. “Sumqayıt” 1-ci divizion təmsilçisi “Bakı” ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 14-də “Kapital Bank Arena”da baş tutacaq. Oyun saat 18:00-da start götürəcək.