Futbol üzrə Azərbaycan birinci divizionunda 9-cu turun daha iki oyunu keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Şahdağ” səfərdə “Göyəzən”ə 2:0 hesabı qalib gəlib.
Lider “Neftçala” isə öz meydanında “Şəmkir”dən üstün olub – 1:0.
12 noyabr
Birinci divizion, 9-cu tur
“Göyəzən” – “Şahdağ” – 0:2
Qollar: Cəlal Cəlalzadə, 8-avtoqool (0:1), İsrafil Qarayev, 71 (0:2)
“Neftçala” – “Şəmkir” – 1:0
Qol: Fərid Səmədzadə, 26 (1:0)