19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Mahir Mədətov millinin heyətindən kənarlaşdırılıb.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandada intizam qaydalarını kobud şəkildə pozduğu üçün baş məşqçi Nazim Süleymanov bu qərarı verib.