25 Dekabr 2024
Kateqoriyasız

Rövnəq Abdullayev rüşvət məsələsini nəzarətə götürdü

Mikayıl Nərimanoğlu: “Komissiya yaradılacaq və Xaqani Məmmədov haqda qərar veriləcək”

AFFA qurumun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun 2001-ci il ilyulun 28-də – UEFA Kubokunda “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasında keçirilən cavab matçında oyun alqı-satqısında adının hallanması ilə bağlı araşdırmaya başlayıb.
 
İdmanxeber.com-un publika.az saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, bu məsələylə bağlı komissiya təyin olunacaq:
 
“AFFA rəhbəri Rövnəq Abdullayevin bu məsələdən artıq xəbəri var. Onun tapşırığına əsasən komissiya yaradılacaq və məsələ araşdırılacaq. Burada Xaqani Məmmədov haqda qərar veriləcək. Yaxın müddət ərzində təşkil olunacaq komissiyadan sonra onun cəzası bəlli olacaq. İndidən bu barədə başqa nəsə deyə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43