05 Fevral 2025
Kateqoriyasız

Premyer Liqa liderinin kapitanı zədələndi

“Mançester Siti” və Belçika millisinin müdafiəçisi Vensan Kompani zədə səbəbindən İtaliya və İspaniya ilə yoldaşlıq oyunlarında iştirak etməyəcək. 

İdmanxeber.com-un məlumatına görə, futbolçu millinin düşərgəsində diz vətərlərini dartıb. 

O, “Mançester Siti”nin məşq bazasına qayıdıb reablitasiya kursu keçəcək. Bərpa müddəti barədə məlumat verilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43