05 Fevral 2025
Kateqoriyasız

Bekhemdən Ronaldoya məsləhət

“Mançester Yunayted”ə qayıtmaq imkanı olan hər bir futbolçuya bu şansı qaçırmamağı məsləhət görərdim. Özüm də “Mançester Yunayted”ə məmnuniyyətlə qayıdardım”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Britaniya mətbuatına açıqlamasında sabiq “qırmızı şeytan” Devid Bekhem deyib.

O, hazırda “Real”ın formasını geyinən Kriştianu Ronaldoya “Mançester Yunayted”ə qayıtmağı məsləhət görüb:

”Ronaldo “Mançester Yunayted” azarkeşlərinin əsl sevimlisidi. Kriştianu ilə birgə oynayan hər kəs deyir ki, o, dünyanın ən istedadlı futbolçularından olmaqla yanaşı, həm də əməksevərdi. Əgər “Real”dan ayrılmaq istəsə, Ronaldo üçün ən yaxşı variant Mançesterə qayıtmaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43