Noyabrın 17-də Bakıda keçiriləcək Azərbaycan – Moldova matçının biletləri satışa çıxarılıb.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda bilet satışı başlayıb.
Biletləri həmçinin “28 Mall” Alış-Veriş Mərkəzindən, “Bakcell” Sahil müştəri xidmətlərindən və 8-ci km qəsəbə stadionunun kassalarından, eləcə də www.tickets.affa.azünvanından əldə etmək olar.
Qeyd edək ki, VİP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.