“Qəbələ” ötən gün yoxlama oyunu keçirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib.
Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib.
Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. Floresku dubl edib. Aleksey Antonovla Asif Məmmədov isə hərəyə bir dəfə fərlqləniblər.