Qadın voleybolçular arasında Super Liqada IV turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, əvvəlcə “Telekom” “Azərreyl”lə qarşılaşıb. “Gənclik” Olimpia Kompleksində baş tutan matçın ilk setində qonaqlar qalib gəliblər. İkinci setdə ev sahibləri status-kvonu bərpa etsələr də, növbəti hissələr “Azərreyl” üçün uğurlu olub. Digər matç isə “Lokomotiv”lə “Azəryol” arasında baş tutub. Bu dəfə isə ev sahibləri qələbə qazanıblar – 3:1.
“Telekom” – “Azərreyl” – 1:3 (22:25, 25:22, 18:25, 17:25)
“Lokomotiv” – “Azəryol” – 3:1 (25:22, 25:22, 22:25, 25:23)