Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma gürcüstanlı Laşa Silaqavaya həvalə olunub. Ona Zaza Pipiya, David Çiqoqidze köməklik edəcək. Dördüncü hakim funksiyasını azərbaycanlıRauf Cabbarov yerinə yetirəcək.