06 Fevral 2025
Kateqoriyasız

“Kəpəz” “Qarabağ”la oyunun hazırlıqlarına başladı

Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.  

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Azərbaycan Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.

“Sarı-göylər”in bu günkü məşqi “Dalğa Arena”da baş tutub. Hazırlıq planına əsasən “Kəpəz” noyabrın 17, 18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək.
 
Ağdam klubu ilə oyunöncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43