05 Fevral 2025
Kateqoriyasız

Reynaldodan daha bir gözəl addım

“Qarabağ”ın hücumçusu Reynaldo zədəli olduğu üçün vətəni Braziliyada bərpa kursu keçir.

İdmanxeber.com-un məlumatına görə, Ağdma klubunun “sambaçı”sı dekabrın 26-da vətənində xeyriyyə matçı təşkil etməyə hazırlaşır.

Qarşılaşma “Reynaldonun dostları” və “Valdivanın dostları” komandaları arasında baş tutacaq. 

“Koarisi da Mata Fonseka” stadionunda baş tutacaq oyunu izləmək istəyənlər 5 ABŞ dolları və ya 1 kq ərzaq verməlidirlər. Xeyriyyə matçından götürüləcək gəlirin Braziliyadakı ehtiyacı olan imkansız şəxslərə paylanılacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43