“Xəzər Lənkəran” doğma şəhərdə “Böyük oyun” hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” noyabrın 19-da növbəti məşqini keçirib. Lənkəranda yağış ara verincə komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb.
Millinin düşərgəsindən dönən futbolçular da hazırlıq prossesinə qatılıblar. Yalnız Elnur Cəfərov iştirak edə bilməyib, gənc futbolçu U 21 millsinin heyətində aldığı zədənin müalicəsinə davam edir. (12cioyuncu.info)