Sabah hamının səbrsizliklə gözlədiyi "Real" və "Barselona" komandaları arasında baş tutacaq "El Klasiko"ya 24 saatdan bir qədər artıq vaxt qaldı.
İdmanxeber.com-un məlumatına görə, bu təkcə "Real" – "Barsa" mübarizəsi kimi yox, həm də Ronaldo – Messi duellosu kimi böyük maraqla gözlənilir.
"El Klasiko"dan öncə şirkətlərdən biri maraqlı addımla diqqət mərkəzinə düşüb. Belə ki, şirkət "Google"də bu iki futbolçudan hansının adının daha çox axtarışa verildiyini əks etdirən dünya xəritəsini tərtib edib. Həmin xəritədə Azərbaycan da yer alıb. Ölkəmizdə Ronaldo Messidən daha çox axtarılıb.
Aşağıdakı xəritənin üzərinə tıklamaqla dünyada Messi və Ronaldonun hansı ölkələrdə daha çox axtarışa verildiyinin şahidi ola bilərsiniz.