23 Dekabr 2024
Premyer Liqa

“Böyük oyun”: “Neftçi” 8 ildi Lənkəranda qələbə qazana bilmir”

“Bizi “Neftçi” ilə asan oyun gözləmir. Bu oyun həm bizim üçün, həm də onlar üçün vacibdi. Hər iki komanda çalışacağıq ki, 3 xal qazansın”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.

Noyabrın 22-də “Neftçi” ilə baş tutacaq “Böyük oyun”dan danışan müdafiəçi 8 ildi “ağ-qaralar”ın Lənkəranda qələbə qazana bilməməsinə də toxunub:

“Neftçi” 8 ildir ki, Lənkəranda qələbə qazana bilmir. Çlaışacağıq ki, bu il də onları əliboş yola salaq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43