Türkiyə Superliqasında XII turun oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, son çempion “Qalatasaray” yenə xal itirib. “Cim-Bom” bu dəfə “Antalyaspor” əngəlini aşa bilməyib.
Qarşılıqlı qolların vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3. Antalya təmsilçisini məğlubiyyətdən xilas edən qolun müəllifi isə sabiq “Xəzər Lənkəran”lı Etame Mbilla olub.
Bununlada xalını 22-ə çatdıran “Qalatasaray” 3-cü pillədə qərarlaşıb.